Aprel şəhidinin bacısı doğulub - FOTO

Aprel şəhidi Nurlan Qasımovun ailəsində xoş bir hadisə baş verib. Bir müddət öncə şəhidin bacısı dünyaya gəlib.

BakuPost.az xəbər verir ki, bu barədə Modern.az-a aprel şəhidləri barədə silsilə yazılar yazan jurnalist Aida Eyvazlı məlumat verib.

"Dünən Şəmkir rayonunun deputatı Sona Əliyeva ilə birgə Tatarlı kəndinə, aprel şəhidi Nurlan Qasımovun evinə getdik. Və... bir xoş hadisə ilə qarşılaşdıq. Nurlan şəhid olandan sonra, 5 ay bundan əvvəl dünyaya gələn bacısı Fidan qarşıladı bizi”, - Aida Eyvazlı bildirib.

Qeyd edək ki, Nurlan Qasımov 1997-ci il mayın 6-da Şəmkir rayonunun Tatar kəndində anadan olub. 2016-cı ilin aprel ayında cəbhədəki şoddətli döyüşlərdə şəhid olub. Nurlan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər