Arif Qaraşovdan qəza ilə bağlı - Açıqlama

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.

BakuPost.az xəbər verir ki, o, "Qafqazinfo” ilə əlaqə saxlayaraq hadisəyə aydınlıq gətirib. Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub:

"Hadisə baş verən səhər  saatlarında mən oğlumla Azərbaycan-Belarus  biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”. 

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq:

"Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Noyabr 2017
17 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər