“Artıq səbrim daşır...” - Ərdoğan

695
"Artıq səbrim daşır, səbr də bir yerə qədərdir”.

BakuPost xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın faiz artımı qərarına münasibət bildirərkən deyib. 

O bildirib ki, valyutanın sabitləşəcəyini gözlədikləri halda, əks vəziyyətlə üzləşiblər: "Dolların lirəyə nisbətdə məzənnəsinin avqust ayındakı yüksəlişi valyutaya sui-qəsd cəhdi idi. ABŞ administrasiyası suveren hüquqlarımıza hörmətsiz davranır. Türkiyə qəbilə dövləti deyil, hüquqi dövlətdir”. 

Ərdoğan çıxışı zamanı əhalini milli valyutaya etibar etməyə çağırıb: "Türkiyədə özəl sektor lirə ilə möhtəkirliyə qarşı fəal mübarizə aparmalı, özəl sahibkarlar istehsalı artırmalıdır, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”.

Türkiyə Dövlət başçısı bildirib ki, 2019-ci ildə Türkiyə milli valyuta ilə bağlı problemi tam həll edəcək.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər