“AŞPA kimə və nəyə lazımdır?” - Novruz Məmmədov

"Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.
 
BakuPost.az xəbər verir ki, bu sözləri bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov səsləndirib. N. Məmmədov bildirib ki, AŞPA-dakılar özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır: "AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?..”

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər