Polisi silahla hədələyən şəxs tutuldu

856
Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

DİN-dən BakuPost-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər