Ru
20:41 / 12 Dekabr 2017

Ağsuda iki məktəblini avtomobil vurdu - YENİLƏNİB

1116

 
Ağsu rayonunda avtomobilin vurduğu iki məktəb şagirdinin adı məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində "QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı, Əlabad kənd sakinləri, 2005-ci il təvəllüdlü Kərimov Polad Mehman oğlunu və həmyaşıdı Həsənov Famil Müqabil oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan orta məktəbin 7-ci sinif şagirdləri Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə travmatologiya xəstəxanasına göndəriblər.

  

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 


 ***

 19:29

 

 

 

Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər