Ru
01:17 / 02 Yanvar 2019

ATƏT üçün 2019-cu ildə bu məsələlər prioritet olacaq

5114
Yanvarın
1-dən ATƏT-ə sədrlik rotasiya əsasında bir il müddətinə İtaliyadan Slovakiyaya
keçib. Bu münasibətlə Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə
olan sədri Miroslav Layçak ölkəsinin sədrlik dövrü üçün hədəflərini açıqlayıb. BakuPost ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, nazir ölkəsinin sədrlik
dövrü üçün qarşısına ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi
və təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi hədəflər qoyduğunu açıqlayıb.   Sədrlik
2019-cu ildə diqqətini üç əsas fəaliyyət sahələrinə yönəldəcək və münaqişələrdən
əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin
qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsi,
təhlükəsiz gələcək naminə fəaliyyət, həmçinin təsirli multilaterizmin dəstəklənməsi
üçün çalışacaq. Sədrlik, ilk növbədə, Ukraynada davam edən böhranı ümumi təhlükəsizlik
üçün əsas problem hesab edərək gərginliyin azaldılması, etimadın yaradılması və
dialoqun asanlaşdırılması üçün səy göstərəcək.   M.Layçak,
həmçinin bildirib ki, sədrlik dövründə Slovakiya üzv ölkələr arasında, eləcə də
qeyri-hökumət qurumları ilə mənalı və açıq dialoqun inkişaf etdirilməsinə
çalışacaq. Effektiv mutilateralizm ATƏT institutlarına etimadı və hamı üçün təhlükəsizliyi
gücləndirəcək.   Yanvarın
10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində keçiriləcək inauqurasiya mərasimində
ATƏT-in yeni sədri ölkəsinin sədrlik dövrü üçün prioritetlərinə dair çıxış edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar