Ru
23:25 / 16 Oktyabr 2017

“Atletiko” Bakıya gəldi

1219
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko” artıq Bakıdadır.

 

BakuPost.az-ın Apasport.az-a istinadən məlumatına görə, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.

 

Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün "Karabakh” adlı "Airbus 340-500” təyyarəsini göndərib.

 

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib.

 

"Atletiko” "Marriot” otelində məskunlaşacaq.

 

Qeyd edək ki, "Qarabağ” – "Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər