ATV-nin əməkdaşı ağır durumda - Oğluna kömək lazımdır/ VİDEO

Məşhur jurnalist, ATV kanalının əməkdaşı Bəxtiyar Fətullayev öz şəxsi "Facebook" hesabında ürəkağrıdan paylaşım edib.
 
BakuPost.az xəbər verir ki, o, oğlu Hüseyn üçün yardım kampaniyasına başladığını bildirib:

"Əziz dostlar, jurnalist həmkarlar, xeyirsevər insanlar!

Bu müraciətimi mən utana-utana, xəcalət təri axıda-axıda yazıram!

Bildiyiniz kimi, 8 yaşlı oğlum HÜSEYN Uşaq Serebral İflic (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi gecikir. Bu videoda körpənin çəkdiyi əzab-əziyyət əks olunub.

Ürəyi zəif olanlar videoya baxmaya da bilər... Hüseynin əsaslı müalicəsi üçün 45-50 min dollar vəsait lazımdır. Biçarə valideyn umduğu yerdən dəstək görməyəndə, ümumxalq yardımına ehtiyac duyur. Bu məbləğ böyük olsa da, hər birinizin dəstəyi ilə HÜSEYNƏ kömək edə bilərik.

Biz onu sağlam həyata qaytara bilərik! Gəlin əl-ələ verib, bu günahsız körpəni ağrı-acılardan xilas edək! Axı onun da sağlam həmyaşıdları kimi gəzmək, oynamaq, oxumağa haqqı var! Dostlar, mümkünsə, müraciətimi özünüzün facebook, instagram səhifələrinizdə, xəbər saytlarınızda öz sözlərinizlə yerləşdirin.

Bəlkə, Allah rizası üçün hansısa zəngin, xeyirsevər insanlar Hüseynin müalicəsinə dəstək olmaq istəyər. Və İnşallah edəcəyiniz yaxşılıqların əvəzi sizə qayıdır. Hər birinizə təşəkkür edirəm!"

Bank Respublika ASC
Kod: 508182 VOEN 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWİFT: BRESAZ22
ADI: Baxtiyar
SOYADI: Fatullayev
IBAN: AZ17BRES00380194400144786301
--------
MİLLİÖN terminalları üzrə:
Bank Respublika ASC
Hesab nömrəsi (AZN): 380194400144786301
Hesab üzrə kod sözü: 09372782
--------
Hesab.az-da ödəmə etmək ucun:
Qeydiyyatli ve ya qeydiyyatsiz:
Bank Respublika ASC-ni seçin:
Hesab nömrəsi (AZN) yerinə: 380194400144786301
Şəxsiyyət vəsiqəsinin nomrəsi yerinə: 09372782

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər