Ru
23:15 / 20 Fevral 2019

Avropa Liqasının 1/8 finalının ilk komandası müəyyənləşdi - VİDEO

1914
Futbol üzrə Avropa
Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.BakuPost-un məlumatına görə, bu, yarışın 5 qat qalibi olan İspaniya
"Sevilya"sıdır. Əndəlüslülər 1/6 final mərhələsində İtaliya
"Latsio"sunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə Romadan 1:0
hesablı qələbə ilə ayrılan "Sevilya" bugünkü cavab görüşündə 2
cavabsız qola sevinib. Hesabı 20-ci dəqiqədə Vissam ben Yedder açıb. Pablo
Sarabia isə 78-ci dəqiqədə bərabərlik qolunu vurub.   Komandalar görüşü hərəyə
10 futbolçu ilə başa vurublar. 61-ci dəqiqədə Franko Vaskes
"Sevilya"nı, bundan 10 dəqiqə sonra isə Adam Maruşiç
"Latsio"nu azlıqda qoyub.   Qeyd edək ki, 1/16
final mərhələsinin qalan 15 cavab görüşü fevralın 21-də keçiriləcək.   Futbol üzrə Avropa
Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına fevralın 15-də yekun vurulub.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər