Avtomobil su kanalına aşdı - Ölən və yaralananlar var

889
Kürdəmir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb. 

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər