Ru
09:08 / 21 Noyabr 2018

Avtomobil yolu, körpü və tunel tikintisinə dair yeni tələblər müəyyənləşdi - QƏRAR

2763
Nazirlər Kabineti "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na dəyişiklik edib. 


BakuPost-un məlumatına görə, bu qaydalar Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri işlərinin aparılmasını tənzimləyir.


Qaydalara əsasən avtomobil yollarının istiqamətinin və konstruksiyalarının seçilməsi zamanı texniki-iqtisadi göstəricilərdən başqa, yolun tikintisi və istismarı zamanı onun ətraf mühitə təsir dərəcəsi müəyyənləşdirilməli, yolun landşaftla uyğunluğu nəzərə alınmalı və ətraf mühitə minimum təsir göstərən layihə həllinə üstünlük verilməlidir. Avtomobil yolları layihələrinin müqayisəsi zamanı istifadə olunacaq torpağın dəyərliliyi, həmçinin tikinti meydançası üçün müvəqqəti ayrılan torpaq sahəsinin istifadə üçün yararlı hala gətirilməsi xərcləri nəzərə alınmalıdır.


Dəyişikliyə əsasən bundan sonra həm də magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.


Qeyd edək ki, qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı nəzərdə tutulan fəaliyyətin aşağıdakılara təsiri qiymətləndirilir:


- atmosfer havasına;


- yerüstü və yeraltı sulara;


- su tutarlarının dib səthinə;


- təbii və süni landşaftlara;


- yerin təkinə və torpaq qatına;


- bitki və heyvanlar aləminə;


- ekoloji sistemlərin vəziyyətinə və bioloji müxtəlifliyə;


- ekoloji həssas ərazilərə;


- əhalinin sağlamlığına;


- sosial-iqtisadi sahəyə (məşğulluğa, təhsilə, səhiyyəyə, yol-nəqliyyat və mühəndis infrastrukturuna);


- maddi və mədəni irsə;


-  iqlim dəyişmələrinə.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər