Ru
13:41 / 12 İyul 2025

Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO

Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO
Eye

Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib.

Ş.Musayev 82 yaşında dnyasını dəyişib.

O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub.

Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir.

Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək “Azərsənayeelektroquraşdırma” trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib. Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından “Azərxüsusitikintiquraşdırma” ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub.

1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.

Allah rəhmət eləsin!




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar