Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
Bakupost.az “oxu.az”a istinadən xəbər verir ki, iddialara görə, səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.
“Tədbirin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.
Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.
Sözügedən səs yazısını təqdim edirik:
Sovet dövründə 1ci siniflilərə, məktəbə sonuncuların *Son Zəng* ürək sözləri ilə vidalaşması uzağı bir saat keçirilirdi. Sonuncular ayrıldıqları üçün həmin gün bir-iki saatlıq gəzinti də keçirirdilər. Banket necə düşünülüb və yaranıb bilinmir, Hələ aşağı siniflər üçün də buraxılış tədbirləri, bəzən məktəbdən uzaqda da nəyə gərəkmiş?
Belə moşennikləri kim direktor qoyur, bunları dərs, tədris, bilik, savad marağlandırmır, bunlarınkı şagirdlərdən pul yığmağdır. Bu qadın direktora baxın görün nı gündədi, elə bil top modeldi, beləsi özünü bu hala gətirmək üçün filan qədər qadın salonuna pul xərcləməlidi...çox aferist qadındı...
ses tam esidilmir ne danisirlar