Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg” agentliyinə müsahibəsində deyib.
"Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə biz cavab verməli və özümüzü müdafiə etməli olacağıq", - Asif bildirib.