Ru
16:12 / 13 Dekabr 2017

Azərbaycanlı iş adamı şirkətini satışa çıxarır - 2 milyarda

1259
Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi "Cerkizovo" şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər.


BakuPost.az "APA-Economics"ə istinadən xəbər verir ki, biznesmen Taylandın "CP Foods" şirkəti və Vadim Moşkoviçə məxsus "Rusaqro" ilə danışıqlar aparır.

 

"Çerkizovo"nun rəsmisi məlumat təkzib edib.


"CP Foods" isə "Çerkizovo" ilə danışıqların aparılmasına dair şərh vermək istəməsə də, şirkət rəsmisi qeyd edib ki, şaquli inteqrasiyanın qurulmasında maraqlıdır.


"Rusaqro" şirkəti də şərh verməkdən imtina edib.


"Kommersant"ın mənbələri isə iddia edir ki, "Çerkizovo"nun sahibləri şirkətlər qrupunu 2 mlrd. dollar civarında qiymətləndirir.


Qeyd edək ki, "Çerkizovo" şirkətlər qrupuna quşçuluq istehsalı üzrə ixtisaslaşmış 8 klaster, 15 donuz ferması, 4 ət emalı müəssisəsi və s. daxildir. 2016-cı ilin sonuna şirkət bazarın 10%-nə nəzarət edib.


2017-ci ilin yanvar-iyun ayları ərzində "Çerkizovo"nun xalis mənfəəti 5,4 dəfə artaraq 5,1 mlrd. rubla çatıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər