Azərbaycan-Malta oyunu başa çatdı - 1:1/ YENİLƏNİB

1097
Saat 20:00-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

BakuPost xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Malta yığmasını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxacaqlar.

Malta yığmasının start heyətində isə Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Pol Fenek, Cozef Mbonq, Andre Şembri, Rouen Muskat, Xuan Korbolan, Rayan Kamileri və Albert Effionq yer alıblar.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.

***

Oyun başladı.
 
***

19-cu dəqiqədə Azərbaycan hesabı açsa da, hakim ofsayd qərarı verərək qolu qeydə almayıb. Ofsayda düşən qolu Rüfət Dadaşov qapıdan keçirmişdi.

***

Malta komandası matçda ilk təhlükəli hücumunda qol vurub. 37-ci dəqiqədə Muskat hesabı açıb. İlk hissə Maltanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Birinci hissə başlayıb.

***

Azərbaycan millisi hesabı bərabərləşdirib. Matçın 53-cü dəqiqəsində Mahir Mədətovun ötürməsini Araz Abdullayev baxımlı qolla tamamlayıb.

***
 
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyunu 1:1 hesablı bərabəliklə başa çatıb.

 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər