Ru
23:00 / 17 Noyabr 2018

Azərbaycan qalib gəldi - Yenilənib

3186

Oyun bitdi. Beləliklə, Azərbaycan milli komandası rəqibini 2 qolla məğlub etdi.

 

*** 

 

Azərbaycan - Farer Adaları oyununda Mahir Mədətov ikinci qolu vurub.

 

Hazırda hesab 2:0 Azərbaycan millisnin xeyrinədir.


 

* * * 



18-ci dəqiqədə millimizin oyunçusu Dmitri Nazarov hesabı açıb: 1 - 0


* * * 

 

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo ilə səfər matçı üçün təyinatlar açıqlanıb.


Oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcək.


Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördünücü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.


Qeyd edək ki, noyabrın 20-də Priştinada "Fadil Vokkri” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Azərbaycan millisi bu gün V tur çərçivəsində Farer adaları kollektivini qəbul edəcək. (Report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər