Azərbaycan “Tufan”ı nümayiş etdirdi - FOTO

805
Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş edib.

BakuPost-un Trend-ə istinadən məlumatına görə, zirehli texnika Bakıda keçirilən ADEX -2018 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir.

Maşının təkər bazası 3820 mm-dir.

Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.

Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər