Ru
13:40 / 21 Noyabr 2018

Azərbaycan, Türkiyə, Gürcüstan arasında hərbi protokol imzalandı

1829
Noyabrın 21-də Azərbaycanın müdafiə nazirinin, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Bakıda keçirilən üçtərəfli görüşünün yekunlarına dair birgə protokol imzalanıb.


BakuPost xəbər verir ki, sənədi Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia imzalayıblar.


Üçtərəfli görüşü şərh edən Zakir Həsənov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti üçtərəfli görüşü 2019-cu ildə Türkiyədə keçiriləcək.


Z.Həsənov görüşün üç qardaş ölkə rəhbərlərinin tapşırıqları əsasında baş tutduğunu bildirib.


Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi-siyasi vəziyyət müzakirə edilib: "Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, eləcə də bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".


Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyəti də dinlənilib: "Görüşdə üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazisində keçirilir, bu ildən etibarən təlimlərdə hərbi gücdən istifadə olunur".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər