Ru
13:04 / 17 Yanvar 2019

Azərbaycana buğda idxalı 15 faiz azalıb - Qiyməti artır...

2159

 

Azərbaycana buğda idxalı azalıb. 


BakuPost-un məlumatına görə, bu Dövlət Gömrük Komitəsinin 2018-ci illə əlaqədar açıqladığı statistikada əksini tapıb. 


Əgər 2017-ci ildə ölkəyə 1 milyon 274 min 434.18 ton buğda gətirilibsə, 2018-ci ildə bu göstərici 15 faiz  azalaraq  1 milyon 80 min  905.51 ton olub. 


Buğdanın qiymətinə gəlincə, 2017-ci ildə ölkəyə idxal edilən buğdanın 1 tonunun orta qiyməti 178.2 dollar, bu il isə 190.5 dollar olub. Yəni buğdanın qiyməti 6 faizdən çox bahalaşıb. 


Qeyd edək ki, son dövrlər dünyada buğdanın qiymətinin bahalaşması səbəbindən ölkədə çörəyin maya dəyərinə çəkilən xərcin artdığı, bu səbəbdən də çörəyin qiymətinin qaçılmaz olduğu barədə fikirlər səslənir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər