Ru
15:19 / 24 Yanvar 2019

Azərbaycanda 4 kredit ittifaqının lisenziyası ləğv edildi

2758
 


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 4 kredit ittifaqının lisenziyası ləğv olunub.


Bunlar Şəki şəhərindəki "Küngüt”, Gədəbəy rayonundakı "Qoşabulaq”, Füzuli rayonundakı "S.A.F.” və Qəbələ rayonundakı "Vəndam” kredit ittifaqlarıdır.


Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 61-dən 57-yə düşüb.


Bundan başqa, Palata Vergilər Nazirliyinin ötən il mayın 3-də dövlət qeydiyyatına aldığı "Birkart” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verib. Bununla da, ölkədə BOKT-ların sayı 46-ya çatıb. 


Xatırladaq ki, "Kapital Bank” ASC-yə məxsus kart məhsulu ilə eyni adı daşıyan yeni maliyyə qurumu elə Bankla eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 66,7% çox - 500 min manat, qanuni təmsilçisi isə Fərid Rəfail oğlu Kərimovdur.  (Report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər