Azərbaycanda 87 yaşlı cərrah hələ də ən ağır əməliyyatları edir - VİDEO
907
Həkimlik, başqalarını sağlamlığına cavabdeh olmaq insan oğlunun ən məsuliyyətli işlərindən biridir. Hələ bu həkimin yaşı 80-dən yuxarıdırsa. Sudeyf İmamverdiyevin 87 yaşı var.
O, bu yaşında Azərbaycanda tədris, müalicə və əməliyyatla məşğul olan tək uroloq-cərrahdır. Professor Südeyf İmamverdiyev 1938-ci ildə anadan olub.
Tibb elmləri doktoru, Respublikanın əməkdar dövlət xadimi, Türk Ağsaqqallar Birliyinin sədri, Tibb Universitetinin müəllimidir.
1964-cü ildən cərrahi əməliyyatlara başlayıb.
Bu vaxta kimi etdiyi əməliyyatların sayı 30 mini keçib.
Böyük elmi məktəbi, təcrübəsi olan professorun bir gününü Bakupost TV lentə alıb. Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında 5 yaşlı uşağın ağır uroloji bərpa əməliyyatına girən Sudeyf İmamverdiyevi izləyək…