“Azərbaycanda aclıq problemi yoxdur” - Nazir müavini

786
Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur.

BakuPost xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə dövlət proqramları təsdiq olunub.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdən aşağı endirilib.

S.Həsənova əlavə edib ki, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu yöndə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər