Ru
11:25 / 17 Noyabr 2018

Azərbaycanda ali məktəblərdə ikili diplom proqramları təşkil ediləcək - Xarici universitetlərlə birgə

3102

Azərbaycan ali təhsil müəssisələrində 2019–2023-cü illərdə ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramları təşkil ediləcək. 


BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənən "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb. 


Bununla bağlı məsul orqanlar qismində Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlar müəyyən edilib. 


Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları 2019-2023-cü illərdə beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanmasını, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsini təmin etməlidir.Bu müddət ərzində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin inkişaf göstəriciləri də beynəlxalq reytinqlərin tələblərinə uyğunlaşdırılmalıdır. 


Nazirlər Kabineti, Təhsil Nazirliyi və Dövlət Neft Fondu artıq 2019-cu ildə beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarını hazırlamalıdır. Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlar 2019-2023-cü illərdə beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanmasını təmin etməlidir. 


Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları2019-2023-cü illərdə beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili, onların ezamiyyət xərclərinin və əməyinin ödənilməsi sisteminin beynəlxalq standartlara uyğun qurulmasına məsuldurlar.


Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumlarına mütəmadi olaraq əmək bazarının tələbatı nəzərə alınmaqla, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması tapşırılıb. Xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması da qarşıya bir vəzifə kimi qoyulub.  


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları 2019-2020-ci illərdə beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti və tələbə kontingenti ilə bağlı məlumatların idarə olunması məqsədilə müvafiq ali təhsil müəssisələri ilə birgə elektron bazanın yaradılmasını təmin etməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər