Azərbaycanda avtobus qəzası - 10 nəfər yaralandı/ YENİLƏNİB

402
 Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.
 
BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.
 
Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır. Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib. 
 
 ***
13:28
 
Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Pajero" markalı minik avtomobili toqquşub.
 
BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində 10 nəfər yaralanıb.
 
Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər