Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:25 / 29 Yanvar 2019

Azərbaycanda bəzi xidmətlərə görə yeni dövlət rüsumları müəyyən edilir

5935
 

Azərbaycanda bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən edilir, bəzi rüsumların isə məbləğləri artırılır.


BakuPost-un Trend-ə istinadən məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.


Yeni müəyyən edilən dövlət rüsumları ixtira və patenlə bağlıdır.


Təklif edilən dəyişikliklərə əsasən, patentin dublikatının və hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün 10 manat, verilmiş patentlərə dəyişiklik edilməsi üçün 7 manat, ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçüb 10-25 manat, reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişiklik edilməsi üçün 25 manat, patent müvəkkillərinə şəhadətnamə verilməsi üçüb 10 manat müəyyən edilib.


Yeni layihədə ixtira və patentlə bağlı mövcud rüsümların artırılması da təklif edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar