Ru
21:47 / 16 Yanvar 2019

Azərbaycanda bir gecədə ifrat çörək tələbatı - Rəfləri bir neçə saata boşaltdılar

5463

 

Azərbaycanda bir gecədə çörək qıtlığı yaranıb.


BakuPost xəbər verir ki, bu barədə əhali sosial şəbəkələrdə paylaşımlar edir. Artıq Bakının və Sumqayıtın müxtəlif hissələrində yaşayan şəxslər bir neçə mağaza gəzsələr də, çörək tapa bilmədiklərinə dair informasiya yayıblar. 


Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ölkədə yanvarın 17-dən başlayaraq xüsusi təhlükəli hidrometeoroloji hadisənin yaşanacağına dair xəbərdarlıq yaymasıdır. Bütün dövlət qurumları bu səbəbdən gücləndirilmiş iş rejiminə keçib. Təhsil müəssisələrində 2 günlük tətil elan olunub. 


Xəbərdarlıqlardan sonra insanlar hər ehtimalı nəzərə alaraq, çörəyə olan tələbatı artırıblar.  Buna görə də saat 18:00-da işdən çıxan hamı evə çörəyi əvvəlkində daha artıq alıb, dükanlarda çörək qalmayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər