Ru
18:59 / 01 Mart 2019

Azərbaycanda bu qəzet "reket" elan edildi

2965


 

Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə və  Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.


Şuradan Bakupost.az-a göndərilən məlumatda bildirilir ki, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının "Təzadlar” qəzeti ilə bağlı "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.


Müzakirədə deyilib ki, "Təzadlar”ın fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. 

Qəzetin adı vaxtilə Şuranın "qara siyahı”sında yer alıb.


İclasda bildirilib ki, qəzetlə bağlı Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub və qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, "Təzadlar” qəzetinin adı yenidən Şuranın "qara siyahı”sına daxil edilsin.


Apellyasiya Komissiyası tərəfindən "Ailə”, "Avrotayms”, "Bakı press”, "Güzgü”, "Dünya kriminal” və "Obyektiv fikir” qəzetlərinin adlarının Şuranın "qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb.


Bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər