Ru
00:30 / 16 Noyabr 2018

Azərbaycanda çimərlik ərazilər kosmosdan qorunacaq

3312
Gələn ildən Azərbaycanda peyk müşahidəsi xidmətlərindən turizmin inkişafında aktiv istifadə ediləcək. 


BakuPost-un məlumatına görə, bu, bu, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün təsdiq edilən "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. 


Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və yerli icra hakimiyyəti orqanları 2019-2022-ci illərdə peyk təsvirlərindən istifadə etməklə, turizm nümayiş obyektlərinin (qoruqlar, mədəni irs obyektləri) qorunmasına dəstək verilməsini təmin etməlidir. Dövlət Turizm Agentliyi və yerli icra hakimiyyəti orqanlarının qarşısında isə dəniz sahilindəki çimərlik ərazilərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi vəzifəsi qoyulub. 


Dövlət Turizm Agentliyi 2019-2022-ci illərdə turizm xəritələrinin hazırlanmasında və yenilənməsində, turist marşrutlarının planlaşdırılmasında və optimallaşdırılmasında peyk təsvirlərindən istifadə etməli. Agentlik peyk təsvirlərindən istifadə etməklə yeni turizm və rekreasiya zonalarının yaradılması üçün ərazilərin seçilməsinə, artım dinamikasının monitorinqinə, inkişaf və planlaşdırma strategiyasına dəstək də verməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər