Göyçayda baş verən güclü yanğın söndürüldü - YENİLƏNİB

1767
Göyçay rayonunda biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

Ümumilikdə 100 hektar biçilmiş taxıl sahəsi yanıb, 900 hektar taxıl sahəsi, nar bağları, yaxınlıqdakı evlər və "Azərenerji"nin yüksək gərginlikli elektrik naqilləri alovdan mühafisə edilib.

Hava küləkli olduğu üçün hazırda yanğınsöndürənlər ərazidəki yanğın ocaqlarına nəzarət edir.
 
 * * *

Göyçayda güclü yanğın baş verib.

BakuPost APA-ya istinadən xəbər verir ki, yanğın Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verfiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib.

Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəklərini alovdan mühafizə ediblər. Ümumilikdə 1000 hektar taxıl sahəsi, nar bağlarının alovdan mühafizəsi üçün tədbirlər görülür.

Yanğının vətəndaşlar tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər