Ru
11:31 / 31 Dekabr 2018

Komitə sədrinin müavini intihar etdi - Naxçıvanda şok /Təsdiqləndi +YENİLƏNİB-2

26756

Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov intihar edib.


BakuPost xəbər verir ki, bu barədə "AzPolitika.info” Naxçıvandakı mənbələrə istinadən məlumat yayıb. Saytın yazdığına görə, təxminən 15 gündür mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olan M.Seyidov odlu silahdan açdığı atəşlə həyatına son qoyub. 


BakuPost hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışır.

 

***

20:34

 

BakuPost-a daxil olan məlumata görə, M.Seyidov Şərur rayonunun mərkəzində odlu silahla özünə atəş açıb. Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir. 


Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıtsa da, 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu. 

 


Məlumata görə, təxminən 1 ay əvvəl - noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olunandan sonra GK rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başlayıb.

 

***


Gömruk polkovnikinin intihar etməsi təsdiqlənib. Mərhumun qardaşı, Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov qardaşının özünə qəsd etdiyini, onun cənazəsinin Bakıya gətirildiyini bildirib.



Əslə Şərurdan olan M.Seyidovun niyə Bakıda dəfn edilməsi isə sual doğurur. 


Ümumiyyətlə, bu intiharla bağlı qaranlıq məqamlar çoxdur.


BakuPost məsələnin kökündə nələrin dayandığını öyrənməyə çalışır. Son məlumatlara görə, o, bir neçə gün öncə görəvdən alınaraq sərəncama götürülub. Bununla yanaşı istintaqa cəlb olunub. 

 

Elçin Mirzəyev
Komitə sədrinin müavini intihar etdi -  Naxçıvanda şok /Təsdiqləndi +YENİLƏNİB-2
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər