Ru
16:58 / 20 Noyabr 2018

Azərbaycanda müəllim və şagirdlər arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ / Yenilənib

2708
"İlkin araşdırmalara əsasən, "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər arasında qida zəhərlənməsi baş verməyib. Çünki aksiyada iştirak edən 240 nəfərlik müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb".


BakuPost xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə cavab olaraq bildiriblər.


Agentlikdən verilən məlumata görə, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur:


"Bununla yanaşı hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunmuş Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən laborator müayinələr üçün nümunələr götürülüb və müvafiq laboratoriyaya təqdim olunub. Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq".


Qeyd edək ki, "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllim qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.


Onlar bu gün səhər saatlarında Qəbələ rayonundakı hotellərdən birində yemək yedikdən sonra Şəkiyə gəliblər.

 

* * * 


"Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərləniblər.


BakuPost report-a istinadən xəbər verir ki, "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.


Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiya iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər