Ru
22:53 / 13 Oktyabr 2017

"Qayınanam qızımı satdı" - 6 uşaq anası küçələrdə/ VİDEO Azərbaycanda şok olay:

1277
Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində altı uşaq dünyaya gətirib. Onun sözlərinə görə, övladlarından biri qayınanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, Elnaz Xurşudova bildirir ki, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək.


Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov onu üç uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Ona uşaq üçün verilən pulu geri qaytarmayana qədər övladını görə bilməyəciyini deyiblər.


Qarşı tərəfin də mövqeyini öyrənmək mümkün olmayıb.


Elnaz Xurşudova  hazırda  iki oğlu Bakıda sığınacaqda məskunlaşıb. O övladlarını bir araya gətirməyənə qədər valideynlərinin yanına getməyəcəyini deyir.

 



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər