Ru
15:20 / 24 Noyabr 2017

Azərbaycanda xərçəng uşaqların sayı artıb

1583
Azərbaycanda uşaqlar arasında xərçəng xəstəliyi artıb. 


BakuPost.az Modern.az-a istinadən xəbər verir ki, ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib. İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfərini qız uşaqlarıdır.


2015-ci ildə 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Həmin il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlardır.


2014-cü ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan 9543 nəfərdən 81nəfərini 13 yaşadək uşaqlar təşkil edib.


2013-cü ildə 92 uşağa, 2012-ci ildə 73 uşağa, 2011-ci ildə 71 uşağa, 2010-cu ildə 65 uşağa bədxassəli şiş diaqnozu qoyulub.


Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları da artıb.


Belə ki, 2015-ci ildə əhalinin hər 100 000 nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1  nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.
Azərbaycanda xərçəng uşaqların sayı artıb
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər