Azərbaycanda yollar və hava limanları peykdən izlənəcək

1587
Gələn ildən Azərbaycanda nəqliyyat və yol infrastrukturunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməyə başlanacaq. 

BakuPost-un məlumatına görə, bu, bu, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün təsdiq edilən "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 2019-2022-ci illərdə bunu təmin etmək tapşırılıb. 

Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları” QSC və yerli icra hakimiyyəti orqanları avtomobil və dəmir yolları şəbəkəsinin inventarlaşdırılması, layihələrin monitorinqi, sürüşmələrinin qeydə alınması və yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsində peyk təsvirlərindən istifadə etməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AZAL-a isə yeni hava limanlarının ərazilərinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsini təmin etməlidir. Eyni zamanda AZAL peyk təsvirlərindən istifadə etməklə Azərbaycan Respublikası ərazisindəki hava limanlarında və onlara bitişik ərazilərdə aparılan tikintilər nəzarət etməlidir. 

Dövlət Proqramında diqqət çəkən məqamlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2019-2022-ci illərdə uzunluğu 100 metrdən çox olan körpülərin, yolötürücülərinin, tunellərin və digər yol qurğularının monitorinqində peyk təsvirlərindən istifadə edilməsinin tapşırılmasıdır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər