Ru
09:26 / 12 Yanvar 2018

Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO

1327
Azərbaycanın ən yaşlı tələbəsi Azərbaycan Dillər Universitetində təhsil alır.

 

"BakuPost"un "Xəzər xəbər”ə istinadən məlumatına görə, övladı yaşındakı tələbələrlə birlikdə eyni parta arxasında oxuyan Bəhram Şamilov müəllim olmaq istəyir.

 

Universitetin üçüncü kurs tələbəsi olan Bəhramla elə imtahan verərkən söhbətləşdik.

 

Onun sözlərinə görə, bu təhsil aldığı ilk universitet deyil. Bundan əvvəl o, Moskvada oxuyub və Azərbaycanda Tibb Universitetini bitirib. Bir müddət dövlət müəsissələrinin birində həkim kimi çalışıb. Həmsöhbətim artıq bir neçə imtahını da uğurlu verib.

 

Bəhram Şamilov deyir ki, universitetdə ən yaşlı tələbə olmasına baxmayaraq tələbə yoldaşları ilə də münasibəti yaxşıdır. Onlar kimi vaxtı-vaxtında dərsə gəlir və verilən tapşırıqları yerinə yetirir.

 

Dillər Universitetinin Tələbə-elmi cəmiyyətinin sədr müavini Şahin Sərdarlı deyir ki, Bəhram Şamilov universitet həyatında da aktivliyi ilə seçilir.

 

Bəhram Şamilov bildirdi ki, universiteti bitirdikdən sonra bir müddət ingilis dili müəllimi kimi çalışacaq.


  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər