Ru
10:51 / 29 Noyabr 2018

Azərbaycanlı deputatlar İrəvanda - FOTOLAR

3143
Milli Məclisin deputatları İrəvana səfər edərək Göy Məscidi ziyarət ediblər.


BakuPost xəbər verir ki, bu barədə deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, şəhərdən fotolar paylaşıb:


"Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri səkkiz məsciddən biri olub.


Zaman ötdükcə başına çox bəlalar gəlib: 24 metrlik dörd minarəsinin üçü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, iki dəfə yandırılıb. Nəhayət İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.


Qeyd edək ki, millət vəkilləri Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər. Nümayəndə heyətinə millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov, QDİƏT-nın baş katibi Asəf Hacıyev daxildir.

 

Azərbaycanlı deputatlar İrəvanda -   FOTOLAR
Azərbaycanlı deputatlar İrəvanda -   FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər