Ru
17:31 / 17 Oktyabr 2017

Azərbaycanlı diaspor üzvləri Saakaşvilinin mitinqində - FOTO

1308
Ukraynada Azərbaycan diasporunun üzvləri Kiyevdə keçirilən etiraz mitinqinə qatılıb.


BakuPost.az  xəbər verir ki, bu barədə fotoları Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özünün feysbuk hesabında məlumat verib və mitinqdən çəkilmiş fotolar paylaşıb. Diaspor üzvlərimiz Ali Radanın qarşısında toplaşan insanlarla birgə "Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşviliyə dəstək verdiklərini nümayiş etdiriblər.


Məlumat üçün bildirək ki, bu gün Kiyevdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin rəhbərliyi ilə mitinq keçirilir. Minlərlə insan küçələrə axışaraq deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər. 

 

Hikmat Javadov adlı şəxsin şəkli.

Hikmat Javadov adlı şəxsin şəkli.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər