Ru
18:12 / 20 Noyabr 2017

Azərbaycanlı erməniyə görə oyundan kənarlaşdırıldı - Qalmaqal

1066
"Nə? Harada? Nə zaman?” intellektual oyununda azərbaycanlı və erməni oyunçunun iştirakı ilə qalmaqal baş verib.


BakuPost.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, qalmaqala səbəb sualın cavabının müzakirəsi zamanı Rövşən Əsgərovun arxasında dayanan izləyici Kim Qalaçyanın cavabı pıçıldaması olub. Bu, aparıcı Boris Kuryukun gözündən qaçmayıb. Erməni oyunçu zaldan qovulub, lakin Əsgərovun komandasının da cavabı qəbul edilməyib və onlar oyun stolunu tərk etmək məcburiyyətində qalıblar. Qələbə məsləhətləşmələrdən sonra avtomatik olaraq rəqib komandaya verilib. 


Qərardan bərk hiddətlənən Rövşən Əsgərov isə cavabı nə özünün, nə də komanda üzvlərinin eşitdiyini bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər