Ru
20:09 / 08 Dekabr 2017

Azərbaycanlı gəncdən "Qarabağ" avtomobil modeli - FOTO

2305
Azərbaycanlı gənc Ramil Nəcəfov "Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb.


BakuPost.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a məlumat verən istedadlı gənc dizayner bildirib ki, "Qarabağ” adlı 4x4 modelini Avropa dizayn məktəbinə məxsus, İtaliyanın Avtomobil dizayn mərkəzinə (Car Design Schools) göndərməyi düşünür: "Məqsədim "Qarabağ” modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq”.


Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, "Azerant”, "Azerant Buta” avtomobillərinin və "Xəz-747” bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.

 

Azərbaycanlı gəncdən "Qarabağ" avtomobil modeli -  FOTO
Azərbaycanlı gəncdən "Qarabağ" avtomobil modeli -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər