Azərbaycanlı iş adamının maşını partladı - Ailəsi ilə birlikdə yanaraq öldü

825
Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.

BakuPost Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.

Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.

S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər