Azərbaycanlı kişi çamadana girib, Almaniyaya qaçdı

Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində gizlənərək Almaniyaya gedib.

BakuPost.az yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan aviaşirkət əməkdaşı yük təyyarəsi ilə Almaniyada yerə enib. O, cümə gününün ikinci yarısında Frankfurt-Xan hava limanında uçuş-enmə zolağında saxlanılıb.

Almaniyaya qaçmış kişinin 40 yaşı var və onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi və yükü olmayıb. Məlum olub ki, saxlanılan şəxs Azərbaycana məxsus aviaşirkətin əməkdaşıdır.

Onun sözlərinə görə, yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib. Öz hərəkətlərini izah edərkən saxlanılan şəxs Almaniyada daha yaxşı həyata ümid etdiyini deyib. Həmvətənimiz federal polisə təhvil verilib. Onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi üzrə cinayət işi başlanıb.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər