Ru
16:51 / 19 Yanvar 2018

Azərbaycanlı kişi Qazmanovun oğlunun pul kisəsini oğurladı - İçində xeyli pul var imiş

1900

Tanınmış rusiyalı müğənni Oleq Qazmanovun oğlunun pul kisəsi oğurlanıb. 


"BakuPost” Rusiya KİV-nə istinadən xəbər verir ki, 20 yaşlı Filip Qazmanovun pul qabısını azərbaycanlıya məxsus taksidə düşürdüyü bildirilir. 


Məlumata görə, hadisə yanvarın 13-də baş verib. Belə ki, F. Qazmanov yeni il tətilindən Moskvaya qayıdan zaman "Yandex-taxi” xidmətindən taksi sifariş edib. Onun sifarişinə "Kia-Rio” avtomobili gəlib. Gənc avtomobilə əyləşib, olduğu yerdən bir az uzaqlaşandan sonra fikrindən daşınıb və maşından düşmək qərarına gəlib. O taksini dayandırıb və gedəcəyi ünvana öz avtomobili ilə yollanıb. 


Lakin Filip evə çatdıqda pul kisəsinin olmadığının fərqinə varıb. O, içində 4000 dollar, 400 avro, 500 rubl və sürücülük vəsiqəsinin olduğu portmanatı taksidə düşürdüyünü təxmin edib və onunla əlaqə saxlayıb. Sürücüdən pul qabını istədikdə isə o, telefonu söndürüb. 


Sürücünün şəxsiyyəti açıqlanmasa da, onun Azərbaycan vətəndaşı olduğu bildirilir.

 

В краже кошелька у сына Олега Газманова подозревается таксист


 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər