Ru
11:41 / 14 Dekabr 2017

"Azərişıq" borclu abunəçilərə xəbərdarlıq etdi

875
"Azərişıq" ASC borclu abunəçilərinə xəbərdarlıq edib.


"Azərişıq" ASC-dən BakuPost.az-a verilən məlumata görə, qurumun fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-dan saat 12:00-dan etibarən "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakçılara qarşı qanunvericiliyə uyğun olaraq "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək.


Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər