Ru
14:57 / 24 Yanvar 2019

“Azərişıq”da kadr dəyişiklikləri oldu

4161
 


"Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.


BakuPost Report-a istinadən xəbər verir ki, onun yerinə Rasim Həsənov təyin edilib.  


Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.


"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında faktı təsdiqləyib.


Qeyd edək ki, "Azərişıq"ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev "Azərenerji" ASC-yə vitse-prezident təyin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər