Ru
22:20 / 21 Noyabr 2018

“Azərişıq”ın işçiləri qəzaya düşdülər - Ölən və yaralananlar var

1676
Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


BakuPost "Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.


Hadisıə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.


Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub. 


Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Məlumata görə, "Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər "Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.


Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyətləri ağır olaraq qalır.


Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər