“Azərkosmos”la bağlı sərəncama dəyişikliklər edildi

Prezident İlham Əliyev "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

BakuPost.az xəbər verir ki, sərəncamda qeyd olunur: 1-ci hissədə "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri "Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin, "həyata keçirilməsi” sözlərindən sonra ", habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 2.1.2-2.1.6-cı yarımbəndlər əlavə edilir:

- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

- Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

- Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;”;

2.2-ci bənd ləğv edilir.

3-cü hissəyə "sədrinin” sözündən sonra "və onun müavinlərinin” sözləri əlavə edilir

6-cı hissədə "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Noyabr 2017
17 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər