Ru
15:23 / 23 Yanvar 2019

AzTV-nin yeni rəhbəri kadr dəyişikliklərinə başladı - İşdən çıxarılanların adları

5670
 


"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları ilə bağlı suallara aydınlıq gətirilib.


BakuPost xəbər verir ki, qurumun mətbuat katibi Xatirə Qasım modern.az-a açıqlamasında televiziyada kadr islahatları aparıldığını təsdiqləyib. 


O həmçinin bildirib ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Aparat rəhbəri Dəyanət Cəfərov öz ərizəsilə işdən ayrılıb:


"Onun işdən çıxması indiki kadr islahatları ilə bağlı deyil, bu, hələ Arif Alışanovun sədrliyi dövründə baş verib”.


X.Qasımova deyib ki, Aparat rəhbəri vəzifəsinə yeni təyinat da olub:


"Aparat rəhbəri vəzifəsinə Cabbar Quliyev gətirilib”.


Mətbuat katibi həmçinin, mühasibatlıq şöbəsində də dəyişikliklər aparıldığını qeyd edib:


"İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev tutduqları vəzifədən azad olunublar”.


Şahrza Əliyevin yerinə Auditorlar Palatasının əməkdaşı olmuş Natiq Kərimov gətirilib.


Aparat rəhbəri vəzifəsinə təyinat alan Cabbar Quliyev əvvəllər "Mədəniyyət” telekanalında direktor müavini, İctimai Televiziya da isə baş direktor müavini vəzifələrində çalışıb.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər