Babasının meyitinin külündən peçenye hazırladı - ABŞ-da ilginc olay

892
ABŞ-da baş verən hadisə eşidənləri dəhşətə gətirir.

BakuPost xəbər verir ki, Sakramentoda yaşayan məktəbli qız öldükdən sonra babasının yandırılan meyitindən qalan küllərdən peçenye hazırlayıb. 

O, peçenyeləri götürərək məktəbə aparıb və "özəl” reseptlə hazırlanmış peçenyelərini sinif yoldaşlarına təklif edib. Endi Knoks adlı şagird bu barədə danışarkən deyib ki, onun təklif etdiyi peçenyeni yedikdən sonra fərqli dad hiss edib. Bundan sonra qız gülərək onun içinə babasının meyitinin külünü qatdığını deyib. 

Faktla bağlı araşdırma aparan polis əməkdaşı Paul Doroşov peçenyelərin içində həqiqətən insan meyitinin külü tapıldığını, lakin məktəbliyə qarşı hər hansı ittiham irəli sürülməyəcəyini qeyd edib. Onun bu əməlində hər hansı cinayət əməli olmadığı üçün qıza qarşı cinayət işi açılmayacaq, lakin bu məsələnin həlli məktəbin səlahiyyətli şəxslərinə tapşırılıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər